Dünya

"Google" məhkəməyə verilib

19 Mart 2022 08:53
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da "Google" şirkətinin keçmiş əməkdaşı şirkəti qaradərili işçilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək,onu məhkəməyə verib.

Bu barədə "Reuters" agentliyi Kaliforniya ştatının Şimal dairəsi üzrə federal məhkəməyə verilən vəsatət istinadən bildirib.

İddiaya əsasən, "Google" qaradərili işçiləri aşağı ixtisaslı işlərə göndərməklə ağdərili kişilərə üstünlük verir. Bildirilib ki, şirkətin qaradərili əməkdaşları düşmən iş mühiti ilə də üzləşiblər.

Şirkət agentliyin iddialarla bağlı şərh vermək xahişinə cavab verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.