Dünya

Putin Makronla Ukraynadakı vəziyyəti müzakirə edib

18 Mart 2022 21:10
0 Şərh     Baxış: 919
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

İki ölkə lideri telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

"Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.