Dünya

Vinnitsa vilayəti üzərində üç qanadlı raket vurulub

18 Mart 2022 15:42
0 Şərh     Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 18-nə keçən gecə Vinnitsa vilayəti üzərində Ukraynanın hava hücumundan müdafiə sistemi rus qoşunlarının üç qanadlı raketini vurub.

Milli.Az bildirir ki, bu barədə Vinnitsa Regional Hərbi Administrasiyasının sədri Sergey Borzov Facebook səhifəsində məlumat verib. Regional hərbi idarənin məlumatına görə, raketlərin vurulması nəticəsində xəsarət alan olmayıb.

"Bu gün bölgə üzərində üç raketi hava hücumundan müdafiəsi vurdu - biz öz qüvvələrimizlə səmanı bağlayırıq", - Borzov yazıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.