Dünya

Rusiya qüvvələrinin Kiyev ətrafındakı səyləri boşa çıxır - Britaniya kəşfiyyatı

18 Mart 2022 16:00
0 Şərh     Baxış: 1 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qüvvələri bu həftə Ukraynada minimal inkişaf əldə edə bilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın Ukraynanın getdikcə səndələyən işğalı logistika problemləri ilə üzləşib.

Belə ki, havada və quruda bir sıra problemlər Rusiyanın ön xətdəki qoşunlarına yanacaq və qida kimi zəruri ehtiyacların tədarükünə problem yaradır. Əlavə olunub ki, ukraynalıların fasiləsiz əks-hücumları Rusiyanı qüvvələrinin böyük hissəsini öz tədarükünün mühafizəsinə yönəltməyə məcbur edir ki, bu da onun hücum potensialını əhəmiyyətli şəkildə məhdudlaşdırır.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Kiyev və Nikolayev ətrafındakı Ukrayna qoşunları hər iki şəhəri mühasirəyə almağa çalışan Rusiya qüvvələrinin səylərini boşa çıxarır. Rusiya mühasirədə qalan Xarkov, Çerniqov, Mariupol və Sumı şəhərlərinə ağır top atəşini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.