Dünya

BMT: Ukraynada azı 780 mülki şəxs müharibədə həlak olub

18 Mart 2022 09:54
0 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək azı 780 dinc sakin həlak olub, daha 1 252 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.

Məlumata görə, fevralın 24-dən martın 16-dək 3 milyon 169 min 897 ukraynalı ölkənin qonşu dövlətlərlə sərhədlərini keçib.

Ukraynalı qaçqınların yarıdan çoxu Polşaya gedib. Siyahıda ikinci və üçüncü yerdə Rumıniya və Moldova qərarlaşıb.

Bununla yanaşı, fevralın 18-dən 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 50 min nəfər Rusiya ərazisinə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.