Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 92 nəfərə çatıb 2 nəfər isə ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, zəlzələ 7,4 bal gücündə yerin 60 kilometr dərinliyində olub.
Sunami təhlükəsi elan edilib.
Yeraltı təkanlar ölkənin şimal-şərq və şimalındakı prefekturalarda hiss olunub. Güclü dalğalı təkanlar paytaxtda da hiss olunub. Dağıntı ilə bağlı hələlik məlumat yoxdur.
Milli.Az