Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb

17 Mart 2022 08:02

Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 92 nəfərə çatıb 2 nəfər isə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, zəlzələ 7,4 bal gücündə yerin 60 kilometr dərinliyində olub.

Sunami təhlükəsi elan edilib.

Yeraltı təkanlar ölkənin şimal-şərq və şimalındakı prefekturalarda hiss olunub. Güclü dalğalı təkanlar paytaxtda da hiss olunub. Dağıntı ilə bağlı hələlik məlumat yoxdur.

Milli.Az