Dünya

Rusiya dinc sakinlərin sığındığı teatr binasını bombaladı

16 Mart 2022 22:19
0 Şərh     Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Mariupolda uşaqlarla birlikdə yüzlərlə sakinin gizləndiyi dram teatrını bombalayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb. Ölənlərin sayı müəyyənləşdirilir.

"Bu gün rus qoşunları Mariupolun mərkəzindəki dram teatrını məqsədyönlü və rüsvayçı şəkildə bombalayıblar. Təyyarə Mariupolun yüzlərlə dinc sakininin gizləndiyi binaya bomba atıb. Bu dəhşətli və qeyri-insani hərəkətin miqyasını hələ də qiymətləndirmək mümkün deyil. Çünki şəhərdə yaşayış məntəqələrinin atəşə tutulması davam edir", - məlumatda deyilir.

Partlayışdan sonra dram teatrının mərkəzi hissəsi dağılıb, binada yerləşən bomba sığınacağına giriş dağıntılar altında qalıb.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.