Dünya

Bu qadın 22 ildir yalnız naqqetslə qidalanır

17 Mart 2022 02:22
0 Şərh     Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə sakini 22 ildir ki, yalnız yağda qızardılmış toyuq filesilə (naqqets) qidalanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, digər məhsullar onda qorxu və ikrah hissi yaradır.

Kembricdən olan Sammer Monro bildirib ki, o, üç yaşında olanda valideynləri onu kartof püresi yeməyə məcbur ediblər və bu, psixoloji travmaya səbəb olub.

O vaxtdan bəri 25 yaşlı britaniyalı qadın yalnız toyuq əti yeyir.

"Mən meyvə və tərəvəz yemirəm. Fiziki olaraq yeyə bilmirəm, bu mənim şıltaqlığım deyil", - deyə qadın etiraf edib.

Buna baxmayaraq, Summer tamamilə sağlam olduğunu iddia edir və heç bir vitamin və ya qida əlavəsi qəbul etmir ki, bu da onun tanışlarını təəccübləndirir.

"Bir çox insanlar xəstələnmədiyimə təəccüblənirlər. Bu qədər enerjimin haradan gəldiyini anlamırlar. Həkimlər də deyirlər ki, məndə hər şey yaxşıdır", - Monro əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.