Dünya

Bu ölkə Ukrayna səmasını bağlanmasını istəyir

14 Mart 2022 22:49
0 Şərh     Baxış: 1 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Estoniya parlamenti BMT-yə üzv dövlətləri Ukrayna səmasını bağlamağa çağıran qətnamə qəbul edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk feysbukda yazıb: 

"Estoniya Respublikasının Parlamenti BMT-yə üzv dövlətləri Ukraynanın səmasını Rusiya təcavüzkarından qorumaq üçün bağlamağa çağıran qətnamə qəbul edib. Bu, Aİ və NATO üzvü olan ölkənin parlamentinin qəbul etdiyi ilk qərardır. Birinci olmaq çətin, məsuliyyətli və şərəflidir".

O, Ukraynaya göstərdikləri cəsarət və sədaqət üçün Estoniya Parlamentinin sədri Yuri Ratasa və bütün deputatlara təşəkkür edib. 

Stefançuk qeyd edib ki, qərar dünyanın digər parlamentləri üçün qətiyyət nümunəsi olmalıdır: "Axı, parlamentarilər xalqın nümayəndələridir və dünya xalqları sülhün bərqərar olması və Ukraynanın səmasının bağlanması üçün qəti addımlar tələb edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.