Sakinləri uzun müddətdir işıq, su və qazsız qalan rus əsgərlərin əhatəsində olan Mariupoldan İnternetdə video paylaşılıb. Son məlumatlara görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri şəhərdə 2500-ə yaxın sakin həlak olub.
Milli.Az UNİAN-a istinadən bildirir ki, çəkilmiş yayımlanan kadrlarda şəhərdəki dağıntıların miqyası, həmçinin çoxsaylı yanğınların tüstüsü əks olunub.
Xatırladaq ki, Mariupola humanitar yük çatdırıla bilmir - rusiyalı əsgərlər dəhlizi bağlayır, ərzaq olan avtomobillərin və evakuasiya üçün avtobusların keçməsinə imkan vermirlər. Mer xəbərdarlıq edib ki, şəhərdə ərzaq və suyun son ehtiyatı tükənir.
Aslan Məmmədov
Milli.Az