Dünya

1 milyondan çox uşaq Ukraynanı tərk edib

11 Mart 2022 16:00
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın hücumu səbəbindən artıq 1 milyondan çox uşaq Ukraynanı tərk edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu məlumatı martın 10-da Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) dərc edib.

Beynəlxalq təşkilatın məlumatına görə, kiçik ukraynalıların əksəriyyəti ailələri ilə birlikdə Polşa, Macarıstan, Slovakiya, Moldova və Rumıniyaya qaçıb.

UNICEF-in Avropa və Orta Asiya üzrə Regional direktoru Afşan Xan deyib: "Qaçan uşaqların sayı heyrətamizdir, bu, Ukraynada uşaqlar və ailələr üçün vəziyyətin nə qədər çıxılmaz olduğunu göstərir. Uşaqlar təhlükəsizlik axtarışında bildikləri hər şeyi tərk edirlər. Bu, ürək ağrıdır".

Fond tərəfdaşları ilə birlikdə 20 min uşaq və anaya kömək məqsədilə Ukraynanın 5 müxtəlif bölgəsində müharibədən zərər çəkmiş 22 xəstəxanaya tibbi ləvazimatların çatdırılmasını vəd edir və bir sıra digər tədbirlər həyata keçirir.

Bundan əlavə, UNICEF Ukraynada humanitar yardım və evakuasiya üçün təhlükəsiz, sürətli və maneəsiz çıxışa çağırır.

"Biz ehtiyacı olan uşaqlara və ailələrə kömək etmək üçün əlimizdən gələni edirik, lakin müharibə bitməlidir. Sülh yeganə davamlı həll yoludur", - Xan deyib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.