Dünya

Nazir: "Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib"

8 Mart 2022 17:12
0 Şərh     Baxış: 1 227
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Rada telekanalında bildirib.

"Nəhayət ötən həftə biz yalnız nəqliyyat infrastrukturuna dəyən ziyanı hesabladıq. Atəş nəticəsində avtomobil yolları, dəmir yolu və avadanlığı, hava limanlarına ziyan dəyib, dağılıb. Ötən həftə bu ziyan 10 milyard dollardan artıq olub", o bildirib.

Nazirin sözlərinə görə, obyektlərin çoxu bir ilə, ən mürəkkəb və ən böyük komplekslər isə 2 ilə bərpa ediləcək:

"Bu, təkcə bizim faciə deyil. Bu, bizim müharibə deyil. Ukrayna bütün sivil dünyanın maraqlarını müdafiə edir. Biz bu ölkəni onlarla birlikdə bərpa edəcəyik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.