Dünya

Ukraynanı görürsünüz? Dərs alacağıq - Ərdoğan

4 Mart 2022 09:58
0 Şərh     Baxış: 2 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Ukraynanın düşdüyü vəziyyəti görürsünüz də, elə deyilmi? Onlardan dərs alaraq yolumuza davam edəcəyik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Türkiyənin qarşısında iki yol var: birincisi, ölkəmizin 20 il ərzində böyük zəhmətlə gəldiyi yeri həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan dünyanın ən yaxşıları sırasında taclandırmaqdır; ikinci yol isə ötən əsrin 90-cı illərinin siyasi qeyri-sabitlik, xaos, iqtisadi çöküş illərinə geri qayıtmaqdır", - Ərdoğan qeyd edib.

Müxalif kəsimi tənqid edən dövlət başçısı bildirib ki, onlar (müxalifət - red.) millətin və ölkənin maraqları ilə bağlı heç bir təklif irəli sürməyi bacarmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.