Parisdə "Stand with Ukraine" hərəkatının dəstəyi ilə "Avropa" metro stansiyasının adı dəyişdirilərək "Avropa-Ukrayna" adlandırılıb.
Bu barədə Milli.Az Korrespondent-ə istinadən xəbər verir.
Belə ki, martın 1-də Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq bir qrup rəssam Paris metrosunun üçüncü xəttində yerləşən stansiyanın adını müvəqqəti olaraq dəyişdirib.
Aksiyada "Stand with Ukraine" təşkilatının avropalı rəssamları, o cümlədən Ukrayna mədəniyyət xadimləri iştirak ediblər.
Aslan Məmmədov
Milli.Az