Parisdə metro stansiyasının adı Ukrayna müharibəsinə görə dəyişdirildi - VİDEO

3 Mart 2022 17:18

Parisdə "Stand with Ukraine" hərəkatının dəstəyi ilə "Avropa" metro stansiyasının adı dəyişdirilərək "Avropa-Ukrayna" adlandırılıb.

Bu barədə Milli.Az Korrespondent-ə istinadən xəbər verir.

Belə ki, martın 1-də Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq bir qrup rəssam Paris metrosunun üçüncü xəttində yerləşən stansiyanın adını müvəqqəti olaraq dəyişdirib.

Aksiyada "Stand with Ukraine" təşkilatının avropalı rəssamları, o cümlədən Ukrayna mədəniyyət xadimləri iştirak ediblər.

Aslan Məmmədov
Milli.Az