Dünya

30 il əvvəl oğurlanan səs gücləndiricisini tapdı

3 Mart 2022 16:36
0 Şərh     Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uelsin Nit şəhərindən olan bir musiqiçi 30 il əvvəl oğurlanmış səs gücləndiricisini tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 74 yaşlı Rey Uilyams uzun illər müxtəlif məşhur musiqiçilərlə, o cümlədən Frenk Zappa, Bleck Sabbat, Devid Esseks və Bonni Tayler ilə çıxış edib. Onun sifarişlə hazırlanmış səs gücləndiricisi avtomobili ilə birlikdə oğurlanıb.

1979-cu ildə musiqiçi özünə bahalı gücləndirici düzəltdirib. Lakin avtomobilin qaçırılması ilə birlikdə, bahalı cihaz da əldən çıxıb.

"Ən çox məni avtomobil yox, 5 min funt-sterlinqə başa gələn və arxa oturacaqda yatan avadanlıq narahat edirdi",- deyə o, bildirib.

Nəhayət ki, bu yaxınlarda musiqiçi növbəti dəfə musiqi saytlarına baxanda satışda olan səs gücləndiricisini görüb.

Uilyams satıcıya səs gücləndiricinin mülkiyyətini sübut edən sənədi təqdim edib. Bundan sonra satıcı özü Nitə gələrək avadanlığı musiqiçiyə qaytarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.