Dünya

Zelenski Putinlə Cenevrədə görüşmək istəyir

28 Fevral 2022 14:22
0 Şərh     Baxış: 4 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 27-si İsveçrəyə müraciət edərək danışıqların Cenevrədə keçirilməsini xahiş edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tages-Anzeiger" yayıb.

Bildirilir ki, görüşün məqsədi aydındır və bu, atəşin dayandırılmasıdır. Bununla yanaşı, danışıqlar fevralın 28-i BMT Təhlükəsizlik Şurasının insan haqları ilə bağlı iclası çərçivəsində keçirilə bilər.

Jurnalistlərin məlumatına görə, İsveçrə Prezidenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayır.

Bununla belə, İsveçrə XİN iclasın Cenevrədə fevralın 28-i və ya martın 1-i keçirilməsi barədə məlumatları şərh etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.