Rusiya prezidenti Vladimir Putin NATO liderlərinin aqressiv bəyanatlarına və Moskvaya qarşı iqtisadi sanksiyalara istinad edərək, öz hərbi komandanlığına Rusiyanın nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirməyi əmr edib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə dövlət televiziyasında bildirib.
"Gördüyünüz kimi, Qərb ölkələri təkcə iqtisadi ölçüdə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, - mən hər kəsin çox yaxşı bildiyi qeyri-qanuni sanksiyaları nəzərdə tuturam, həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri özlərinə aqressiv bəyanatlar verməyə imkan verirlər" - Putin çıxışında bildirib.
Milli.Az