Dünya

Ukrayna Peskovun iddialarını təkzib etdi

26 Fevral 2022 18:54
Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiya ilə müzakirələrdan imtina etdiyi iddialarını təkzib edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Unian" yayıb.

"Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq", - Ukrayna Prezidentinin katibliyindən bildirilib.

Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin dünən günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.