Dünya

Rusiyada ölüm hökmü bərpa oluna bilər

26 Fevral 2022 14:28
0 Şərh     Baxış: 1 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada ölüm hökmü bərpa oluna bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutan Dmitri Medvedyev bildirib. Ölkəsinin Avropa Şurasındakı üzvlüyünün dayandırıması haqqında danışan Medvedyev qeyd edib ki, bu, ölkədə xüsusilə ağır cinayətlərin qarşısının alınmasında ötrü bir sıra mühüm institutların bərpası üçün yaxşı fürsətdir: "ABŞ və Çində aktiv şəkildə tətbiq olunan ən təhlükəli cinayətkarlar üçün ölüm cəzası kimi..."

Medvedyevin ölüm hökmünün bərpa olunmasının mümkünlüyü ilə bağlı açıqlamasını Federasiya Şurasının Konstitusiya komitəsinin sədri Andrey Klişas münasibət bildirib. O, ölüm cəzasına moratoriyanın Konstitusiya məhkəməsi tərəfindən qoyulduğunu söyləyib: "Mən öz mövqeyimi dəfələrlə bildirmişəm. Bu mövqe dəyişməyib" - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.