"Fevralın 21-də Azərbaycanda Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və ANAMA-nın rəhbəri Vüqar Süleymanovla məzmunlu görüşlər keçirdik".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz Tvitter hesabında paylaşım edib.
"Biz mövcud vəziyyəti və Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin görüşlərinin effektiv davamını müzakirə etdik", - Toivo Klaar bildirib.
Milli.Az