Dünya

ABŞ Rusiya banklarından əməliyyatlara qadağa qoymaq istəyir

21 Fevral 2022 11:42
0 Şərh     Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiya banklarından edilən əməliyyatların emalına qadağa qoymaq niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı ABŞ administrasiyası Rusiyaya qarşı ilkin sanksiyalar paketi hazırlayıb.

Paketin əsas müddəalarından ən əsası iri Rusiya banklarından əməliyyatlara qadağa qoyulmasıdır.

Məhdudiyyətlər Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi təlimlərə görə tətbiq olunur.

Beynəlxalq maliyyə qurumlarına Rusiya kredit təşkilatlarının əməliyyatlarının emalını qadağan etmək təklif olunur. Beləliklə, Rusiya Federasiyasının bankları beynəlxalq maliyyə bazarından faktiki olaraq təcrid edilə bilər.

Sanksiyalarla üzləşəcək Rusiya banklarının adı isə açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory