Dünya

"Aİ-nin Ukraynadan daha çox pul xərclədiyi dövlət yoxdur - 17 milyard avro"

20 Fevral 2022 19:44
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Aİ heç bir dövlətə Ukraynadan daha çox pul xərcləməyib. 2014-cü ildən bəri Ukraynaya Brüsseldən 17 milyard avro ayrılıb, lakin inkişaf və islahatlara hələ çox var".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, bu barədə Estoniyanın keçmiş prezidenti Kersti Kalyulaidin Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqların təcili başlamasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən danışıb:

"Aİ-nin Ukraynadan çox pul xərclədiyi dövlət yoxdur. 17 milyard avro - bu çox böyük məbləğdir. Ancaq hələ çox uzun bir yol var. Biz bu yolu davam etdirməliyik, əlaqələrimizi gücləndirməliyik, islahatlar üçün imkanlar yaratmalıyıq. Təbii ki, Ukraynanın hələ çox işi var, çünki islahatlar hələ başa çatmayıb. Ukrayna fəal işləyir, lakin uğur qazanmaq üçün hələ çox uzun bir yol görünür".

Avropa Şurasının rəhbəri Çarlz Mişel də eyni suala cavab verib: "Kiyevlə sıx əlaqələri inkişaf etdirməyi, ərazi bütövlüyünü və rifahını qorumağı təklif edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.