Dünya

Zelenski zarafatla Rusiyanı kiberhücumda ittiham etdi: “Rusiya iştirak etmir, ancaq onlar buradadır”

19 Fevral 2022 23:51
0 Şərh     Baxış: 2 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya ilə bağlı etdiyi zarafatla gündəmə gəlib.

Belə ki, Ukrayna lideri müsahibə verən zaman sinxron tərcümə cihazının çalışmamasına maraqlı reaksiya verib. O, zarafatla texniki nasazlığın Rusiyanın kiberhücumu olmasını deyib.

"Bir saniyə, düşünürəm ki, kiberhücumdur. Mənə tərcümə üçün başqa cihaz verə bilərsiniz? Bax, görürsünüz, Rusiya iştirak etmir, ancaq onlar buradadır", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.