Dünya

Ukrayna Saakaşvilini qurban kimi tanıdı - Vəkil

11 Fevral 2022 14:32
0 Şərh     Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilini Gürcüstan həbsxanasında ona qarşı güc tətbiq edilməsi işi üzrə zərərçəkmiş kimi tanıyıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.

"Ukraynadan gələn son məlumata görə, Saakaşviliyə qarşı güc tətbiqi və mümkün işgəncələrə görə iş açılıb. Bu gün Mixail Saakaşvili qurban kimi tanınır", - vəkil söyləyib.

Onun sözlərinə görə, indi bu iş üzrə cinayət törədənləri müəyyən etmək qalır.

Qvaramiya iddia edib ki, təkcə hüquq-mühafizə orqanlarının nümayəndələri deyil, Gürcüstan hökumətinin yüksək rütbəli məmurları da qanunu pozan şəxslər ola bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.