Dünya

İran ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyir

6 Fevral 2022 14:22
0 Şərh     Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi altı aya çəkə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin deputatı Məlek Şəriəti deyib.

"Bütün sanksiyaların ləğvi üç aydan altı aya qədər çəkə bilər və burada tələsmək və razılığa gəlmək lazımdır"-deyə o bildirib.

Yanvarın 3-də Vyanada nüvə sazişinin ilkin formada bərpası və ABŞ-ın bu çoxtərəfli sazişə qaytarılması məqsədi ilə danışıqların səkkizinci hissəsi bərpa edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.