Dünya

“Bloomberg” səhvən “Rusiya Ukraynanı işğal etdi” xəbəri yaydı

5 Fevral 2022 08:37
0 Şərh     Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın nüfuzlu "Bloomberg" agentliyi cümə günü öz saytında səhvən "Rusiya Ukraynanı işğal etdi" başlıqlı xəbər dərc edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, daha sonra agentlik səhvini etiraf edib və həmin xəbəri silib.

"Biz müxtəlif ssenarilər üçün başlıqlar hazırlayırıq və "Rusiya Ukraynanı işğal etdi" başlığı təsadüfən saytımızda yerləşdirilib. Bu səhvə görə dərindən təəssüflənirik", - agentliyin açıqlamasında qeyd edilib.

Bildirilir ki, agentlik rəhbərliyi hadisənin səbəbini araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.