Bir qədər əvvəl Almatıdakı təcridxanadan yoxa çıxan "Arman Dikiy" ləqəbli kriminal avtoritet Arman Cumagəldiyevlə bağlı vəkilləri narahatlığını bildirib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, vəkillər iddia edir ki, Arman öldürülüb, lakin sonradan onun intihar etdiyini deyiblər.
Qazaxıstanlı ekspertlərin qənaətinə görə, Armanın Nursultan Nazarbayevin bacısı oğlu Kayrak Satıbaldı ilə yaxın münasibətləri olub. Armanın Almatıdakı vəziyyəti qarışdıranlardan biri olduğu bildirilir.
Xatırladaq ki, o, yanvarın 7-də həbs olunub.
Milli.Az