Dünya

“Omikron” və “Delta” ştammının fərqləri açıqlanıb

1 Fevral 2022 10:06
0 Şərh     Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni koronavirusun "omikron" ştammı "delta" ştammından əhəmiyyətli dərəcədə daha yüngül pnevmoniyaya səbəb olur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tokio Universitetinin Elmi Tibb üzrə Tədqiqat Mərkəzinin mütəxəssisləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.

Qeyd olunur ki, ekspertlər hamsterlər üzərində tədqiqatlar aparıb və müəyyən ediblər ki, "omikron" ştammı ilə yoluxma zamanı ağciyərlərin zədələnmə dərəcəsi "delta" ştammı ilə yoluxma ilə müqayisədə xeyli aşağı olur.

Ancaq o da qeyd olunur ki, hətta "omikron" ştammı vəziyyətində hamsterlər arasında ölümcül hallar qeydə alınıb.

Yapon mütəxəssisləri vurğulayırlar ki, "omikron" ştammının pnevmoniyanın daha yüngül formasına səbəb olduğu üçün sayıqlığı azaltmaq olmaz, çünki yaşlılar və xroniki xəstəlikləri olan insanlar hələ də risk altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.