Dünya

Kanada Ukraynadakı diplomatlarını geri çağırır

31 Yanvar 2022 10:04
0 Şərh     Baxış: 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Ukrayna arasında yaranan gərginlik fonunda Kanada səfirliyinin "əsas olmayan əməkdaşlarını" və ölkədə qalan diplomatların yaxınlarını Kiyevdən müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib. 

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, müvafiq bəyanat Kanada hökumətinin saytında dərc edilib.

Eyni zamanda, hesabatda qeyd olunur ki, diplomatik missiyanın komandası digər məsələlərlə yanaşı, təhlükəsizlik sektorunda islahatlar və münaqişələrin həlli üzrə ixtisaslaşmış ekspertlər tərəfindən gücləndiriləcək. Beləliklə, Kanadanın Kiyevdəki səfirliyi öz işini davam etdirəcək.

Bundan əvvəl ABŞ, Böyük Britaniya və Avstraliya diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini Ukraynadan çıxardıqlarını bəyan ediblər.

Onların ardınca Almaniya hakimiyyəti elan edib ki, Ukraynanı tərk etmək istəyən alman diplomatların qohumları Almaniya Xarici İşlər Nazirliyinin hesabına bunu edə bilərlər. 

Kanada hakimiyyətinin qərarı Ukrayna prezidenti Vladimir Zelenskinin xarici diplomatik missiyaların əməkdaşlarını ölkədən çıxarmamaq çağırışlarına baxmayaraq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.