“Ukrayna üçün III Dünya müharibəsinə risk edə bilməzdik” - Stoltenberqdən etiraf
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 2022-ci ilin fevralında Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı "ən ağır söhbət"i xatırladaraq, Alyansın niyə Ukrayna üzərində uçuşa qadağan zona tətbiq etmədiyini izah edib.
Milli.Az xəbər verir ki, Stoltenberqin xatirələri barədə məlumatı "The New York Times" nəşri yayıb.
Onun sözlərinə görə, Rusiya hücumu başlayanda Zelenski Kiyevdəki sığınacaqdan zəng edərək, NATO-nun hava məkanını bağlamasını xahiş edib:
"Baş katib, mən bilirəm ki, siz NATO qoşunlarını göndərməyəcəksiniz, amma heç olmasa hava məkanını bağlayın ki, rus təyyarələri və PUA-ları bizi bombalamasın".
Stoltenberq cavabında isə bildirib:
"Bu, real deyil. Uçuşa qadağan zona üçün əvvəlcə Rusiyanın və Belarusun hava hücum sistemlərini məhv etməliyik. Bu da Rusiya təyyarələrinin vurulması və NATO ilə Rusiya arasında birbaşa müharibəyə səbəb olar. Biz bunu istəmirik".
O, həmçinin qeyd edib ki, həmin dövrdə ABŞ prezidenti Co Bayden də eyni mövqeni bölüşərək demişdi:
"Biz Ukrayna uğrunda III Dünya müharibəsinə risk edə bilmərik".
Stoltenberqin sözlərinə görə, bu, NATO-nun o dövrdəki "ikili strategiyasının" bir hissəsi idi. Ukraynaya yardım etmək, lakin münaqişənin Alyansla Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməsinə imkan verməmək.
Keçmiş baş katib bildirib ki, 2022-ci ilin 24 fevral səhəri NATO ölkələri Brüsseldə toplanaraq iki əsas qərar qəbul etmişdilər:
Ukraynaya hərbi və maddi dəstəyi gücləndirmək;
Müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması üçün bütün vasitələri səfərbər etmək.
O, əlavə edib ki, NATO Ukraynaya silah və sursat göndərməyi qərara alıb, lakin alyans qoşunlarının birbaşa döyüşə qatılması istisna edilib:
"Biz Ukraynaya müqavimət imkanı yaratdıq, amma NATO əsgərlərini göndərmədik - bu qərarın hələ də doğru olduğuna inanıram".
Bununla belə, Stoltenberq etiraf edib ki, NATO-nun dəstəyi həm gec, həm də yetərli səviyyədə olmayıb. O, 2014-cü ildə Krımın ilhaqı və Donbasda müharibə başladıqdan sonra NATO-nun demək olar ki, real hərbi yardım göstərmədiyini vurğulayıb:
"Biz qorxurduq ki, bu, Rusiyanı təxribata çəkə bilər. Amma Rusiya onsuz da hücum etdi".
Keçmiş baş katibin fikrincə, əgər NATO həmin illərdə daha qətiyyətli addımlar atsaydı, 2022-ci ildə baş verən işğalın qarşısını almaq mümkün ola bilərdi. O həmçinin qeyd edib ki, Donald Tramp ABŞ prezidenti olduğu dövrdə Alyans ciddi sınaqla üz-üzə qalmışdı:
"2018-ci ildə keçirilən sammitdə Tramp NATO-dan çıxmaq fikrini açıq ifadə edəndə, mən təşkilatın sonunu görəcəyimdən qorxdum".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
Hörmüz boğazında iki tankerdə yanğın baş verdi
-
Fransada komendant saatı elan edildi
XƏBƏR LENTİ
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər





