ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə telefon danışığı aparıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Hərbi liderlər Şərqi Avropada təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Bundan əlavə, ABŞ-ın Ukraynaya həm siyasi, həm hərbi dəstəyinin artırılması səyləri müzakirə olunub.
Milli.Az