Dünya

Çağırışa gələn iki tibb işçisini yaralayıb HƏKİMİ GİROV GÖTÜRDÜ

28 Yanvar 2022 11:58
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada Tokio yaxınlığında Sayama prefekturasının Fuzimino şəhərinin sakini gecə saatlarında çağırışa gələn iki tibb işçisini yaralayıb, həkimi isə girov götürüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Bildirilib ki, həkimi girov götürən şəxs bu yaxınlarda ailəsini itirib.

Kişi ilə tibb işçiləri arasında münaqişənin nədən yarandığı barədə məlumat verilmir.

Yaralılardan biri - həkim-terapevt güllə yarası alıb, digər tibb bacısının üzünə isə bibər qazı çilənib. Onların hər ikisi xəstəxanaya yerləşdiriliblər.

Həmin şəxsin irəli sürdüyü hər hansı tələb barədə də məlumat verilməyib.

Sözügedən silahlı şəxs artıq polis tərəfindən saxlanılıb.  

Girovun vəziyyəti barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.