Dünya

Balkan ölkələrində son illərin ən sərt qışı yaşanır

26 Yanvar 2022 23:25
0 Şərh     Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balkan ölkələrindən Bosniya və Herseqovina, Monteneqro və Serbiyada son illərin ən sərt qışı yaşanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bosniya və Herseqovinanın Buqoyno şəhərində bu gün ölçülən ən aşağı temperatur -12 olaraq qeydə alınıb. Paytaxt Sarayevoda havanın temperaturu -8 dərəcə, Byelasnitsa dağında isə temperatur -16 dərəcə olub.

Bosniya və Herseqovina Federal Hidrometeorologiya İnstitutundan bildirilib ki, günün ikinci yarısında ölkədə şimaldan gələn mülayim hava axınlarında artım müşahidə olunacaq. Havanın temperaturu mənfi 4-1 dərəcə arasında dəyişəcək, ölkənin cənubunda -7 dərəcə olacaq.

"Narıncı" və "qırmızı" meteoroloji həyəcan siqnallarının verildiyi Monteneqronun Kosanitsa şəhərində bu gün havanın temperaturu -10 dərəcə olub. Qeyd edək ki, yanvarın 25-də Kosanitsada ölkədə indiyədək ən aşağı temperatur (-33,2 dərəcə) qeydə alınıb.

Serbiya Hidrometeorologiya İnstitutu ölkənin əksər ərazilərində havanın temperaturunun mənfi 14-6 dərəcə, dağlıq rayonlarda isə -20 dərəcə olacağını açıqlayıb. Əhaliyə xüsusilə səhər saatlarında diqqətli olmaları tövsiyə olunub.

Bildirilib ki, bu gündən etibarən Serbiyanın şimalında, sabah isə digər bölgələrdə havanın temperaturu tədricən artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.