Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

18 Yanvar 2022 11:24
0 Şərh     Baxış: 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda son sutka ərzində daha 7 521 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 3 160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 006 864 nəfərin yoluxduğu müəyyən olunub. Onların 934 667-si sağalıb, 14 512-si isə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.