Dünya

Bu neft ölkəsi rəsmən məhv olur

18 Yanvar 2022 14:24
0 Şərh     Baxış: 1 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük neft istehsalçılarından olan Küveyt qlobal istiləşmə və səlahiyyətlilərin emissiyaları azaltmaq istəməməsi səbəbindən yaşayış üçün yararsız hala düşür.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq"də dərc olunan məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, bir neçə həftə əvvəl ölkədə temperatur pik həddə qalxıb. Ötən ilin iyun ayında temperatur 50 dərəcə həddini keçib.

Dövlət Ətraf Mühitin Mühafizəsi Agentliyinin proqnozlarına görə, 2071-2100-cü illərdə ölkə üzrə orta temperaturun iqlim normasından 4,5 dərəcə yüksək olacağı gözlənilir ki, bu da ərazini yaşayış üçün yararsız edəcək.

Vəhşi təbiət artıq təhlükə altındadır: quşlar yayda su və kölgənəcək tapa bilmir və ölür, məməli heyvanlar isə istidən əziyyət çəkirlər. Bundan əlavə, vəhşi heyvanlar adi yaşayış yerlərində yaşıllıq tapa bilməyib şəhərlərə axın edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.