Dünya

Kanada Ukraynaya xüsusi təyinatlı dəstə göndərib

18 Yanvar 2022 08:44
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə öz mənbələrinə istinadən "Global News" kanalı məlumat yayıb.

Dəstə xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir. Rəsmi olaraq, bu məlumat telekanala nə Müdafiə Nazirliyi, nə də Kanada hökuməti tərəfindən təsdiqlənməyib.

2015-ci ildən Kanada Silahlı Qüvvələri "Unifier" əməliyyatı çərçivəsində Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna Ordusunun əsgər və zabitlərinə təlim keçir.

Missiyaya təxminən 200 kanadalı hərbçi daxildir. 2019-cu ilin martında Kanada hökuməti Ukraynadakı missiyanın müddətini 2022-ci ilin yazına qədər uzatmaq qərarına gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.