Dünya

ABŞ-da azərbaycanlı sürücüyə hücum etdilər - FOTO

14 Yanvar 2022 17:54
1 Şərh     Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatlarında azərbaycanlı sürücüyə hücum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkən özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, yanvarın 13-də bir amerikalıya avtomobilini "Stop" xəttin qarşısında dayanmadığı üçün siqnal verib. Bundan sonra həmin şəxs əsəbiləşərək onu izləməyə başlayıb.

Qarşıdan sağa dönərkən amerikalı maşından düşüb və həmyerlimizin maşınına hücum edib. O, azərbaycanlının maşınının ön şüşəsinə zərbə endirərək onu sındırıb.

Zərərçəkən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və hadisəni törədən şəxs həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.