Bayden administrasiyası ABŞ-da koronavirusa qarşı mübarizəni gücləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Co Bayden yanvarın 13-də Amerika xalqına müraciət edərək bildirib ki, onun administrasiyası ABŞ-da koronavirusa qarşı mübarizəni gücləndirir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baydenin sözlərinə görə, hökumət gələn həftə bütün Amerika sakinlərinə pulsuz maskalar göndərməyə başlayacaq. Ev şəraitində COVID-19 testindən keçmək üçün ötən həftə elan edilmiş yarım milyard test dəstindən əlavə daha 500 milyon test dəstialınması planlaşdırırlır.
Bayden deyib ki, pulsuz test dəstləri almaq istəyən hər bir ABŞ sakini gələn həftə bu dəstləri onlayn rejimdə sifariş edə biləcək. ABŞ-da hər gün 15 milyon COVID-19 testi keçirilir. Ölkədə pulsuz testdən keçmək üçün 20 min məntəqə fəaliyyət göstərir.
Bayden daha sonra bildirib ki, ABŞ-ın 50 ştatının 6-da (Nyu-York, Nyu-Cersi, Rod-Aylend, Ohayo, Miçiqan və Nyu-Meksiko) yerləşən xəstəxanalara 120 həkim və tibb bacısı göndəriləcək. Bu xəstəxanalarda tibb işçilərinin çoxu koronavirusa yoluxduğuna görə tibbi heyətin çatışmazlığı hiss olunur. Bayden qeyd edib ki, onun administrasiyası bu ştatlara kömək məqsədilə 1000 nəfərə qədər hərbi tibb işçisi cəlb edəcək.
Ağ evin məlumatına görə, noyabrın axırlarından bəri 24 ştata və əraziyə 800-dən çox hərbi və digər federal təcili yardım xidməti əməkdaşları göndərilib. Prezident Baydenin sözlərinə görə, amerikalıların əksəriyyəti koronavirusa yoluxmanın ciddi nəticələrindən qorunub, çünki onlar tam vaksinləşdirilib. Bayden ölkənin hələ peyvənd edilməmiş 40 milyona yaxın sakininə bir daha müraciət edərək vaksinasiyadan keçməyə çağırıb.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ABŞ-da 208 milyondan çox insan tam vaksinlənib, onlardan 77 milyonu buster dozası da alıb. Buna baxmayaraq, koronavirusdan ölənlərin sayına görə (840.000 ölüm faktı) ABŞ dünyada liderdir. Hazırda ABŞ-da hər gün orta hesabla 1800 adam koronavirus səbəbindən ölür. Son vaxtlar hər gün təqribən 780.000 yoluxma faktı qeydə alınır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)





