Dünya

Qazaxıstanda etiraz aksiyalarında iştirak edən 4000-dən çox şəxs saxlanıldı

8 Yanvar 2022 13:06
0 Şərh     Baxış: 800
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndiyə qədər Qazaxıstanda etiraz aksiyalarında iştirak edən 4000 nəfərdən çox şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda ölkənin müxtəlif regionlarında aksiyalarda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması davam edir və indiyə qədər 4404 nəfər saxlanılıb.

Nazirlik bildirib ki, Aktobe şəhərində və bölgədə hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin mühafizəsini təmin edir və bu bölgədə vəziyyət tam nəzarət altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.