Dünya

"Lotu Quli"nin adamından qazaxlara çağırış: "Təxribata uymayın..."

6 Yanvar 2022 16:36
0 Şərh     Baxış: 2 132
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur kriminal avtoritet "Vəhşi Arman" ləqəbli Armen Cumagəldiyev Türkiyədən Qazaxıstana qayıdıb.

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, o, "Instagram" səhifəsində qazax xalqına müraciət edərək, quldurluq və baş verən özbaşınalıqları dayandırmağı, təxribatçılara uymamağı xahiş edib.

Avtoritet etirazçıları dinc mitinqlərə çağırıb. Onun sözlərinə görə, baş verən hadisələr zamanı insanlar ölür, evlər, mağazalar və banklar yağmalanır.  

"Bu məgər mitinqdir? Bu xaosdur, anarxiyadır", - deyə o bildirib.

Xatırladaq ki, "Vəhşi Arman" "Lotu Quli"nin ən yaxın adamlarından biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.