Dünya

Müstəqillik illərində Tacikistanın əhalisi 76,6, Özbəkistanın isə 63,4 faiz artıb

5 Yanvar 2022 21:10
0 Şərh     Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müstəqillik illərində Tacikistanın əhalisi 76,6, Özbəkistanın isə 63,4 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Dünya Bankı məlumat yayıb.

Bildirilir ki, son 30 ildə Mərkəzi Asiyanın digər respublikalarının əhalisi də nəzərəçarpacaq dərəcədə artıb. Bu rəqəm Türkmənistanda 59,2, Qırğızıstanda 47,7, Qazaxıstanda 14 faiz təşkil edir.

Məlumatda qeyd olunur ki, müstəqillik illərində Rusiyanın əhalisi 2,9 faiz, Belarusun 7,8, Moldovanın 12, Estoniyanın 14,7, Ermənistanın 15,5, Ukraynanın 20, Gürcüstanın 23,2, Litvanın 24,5, Latviyanın əhalisi isə 28,3 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.