Dünya

Koronavirusun uzun müddət davam etməsinin səbəbi açıqlandı

3 Yanvar 2022 00:33
0 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər uzun müddət davam edən koronavirus xəstəliyinin səbəbini müəyyən ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Journal of Translational Medicine" jurnalında yapon alimlərinin araşdırmasında deyilir.

Tədqiqata görə, koronavirus insan orqanizmində öz-özünə hücum edən antikorların yaranmasına səbəb ola bilər.

"Bizim tapıntılarımız koronavirus infeksiyasının unikallığını izah edir. İnsan orqanizmində antikorların əmələ gəlməsi sözdə uzunmüddətli COVID-19-a səbəb olur", - araşdırmanın müəlliflərindən biri qeyd edib.

Oxşar reaksiya insan sağaldıqdan sonra və ya koronavirusun yüngül forması halında davam edə bilər.

Daha əvvəl məlum olub ki, Tokio Tibb Elmləri İnstitutunun bir qrup alimi immun sistemini möhkəm saxlayan peyvəndin yaradılması üzərində fəal işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.