Dünya

Türkiyədə bu gün koronavirusdan 184 nəfər ölüb

30 Dekabr 2021 22:29
0 Şərh     Baxış: 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 184 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 369 647 nəfərin test edildiyi, 39 681 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 854 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 131 134 774 peyvənd tətbiq edilib ki, bunun 91,66 faizi birinci, 83,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.