Dünya

Yaxın gələcəkdə “TURKOVAC” vaksinləri Azərbaycana çatdırılacaq

29 Dekabr 2021 14:12
0 Şərh     Baxış: 762
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bir neçə ay əvvəl "TURKOVAC" vaksininin kliniki tədqiqatları zamanı Azərbaycan, Pakistan və Qırğızıstan kimi ölkələrlə birgə elmi araşdırmalar üçün fəaliyyət həyata keçirirdik".

Bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) rəhbəri, professor Erhan Akdoğan "Anadolu" Agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, ötən həftələrdə Azərbaycanda bununla bağlı hazırlıqlar tamamlanıb: "Ortaq elmi araşdırmalar platforması çərçivəsində "TURKOVAC" vaksinlərini yaxın gələcəkdə Azərbaycana çatdırmağı planlaşdırırıq. Bu, geniş yayılmış peyvəndləmə çərçivəsində deyil, orada davam edən elmi işlərə töhfə vermək üçündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.