Dünya

Ermənistanda koronavirusa yoluxanların sayı 344 737-yə çatıb

29 Dekabr 2021 13:12
0 Şərh     Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda son sutkada daha 88 nəfərdə COVID-19 aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 737-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 7 961-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 501 nəfərdir. İndiyədək 331 152 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 123 aktiv koronavirus xəstəsi var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.