Dünya

Sarkisyan İsrailə yeni səfir təyin etdi

28 Dekabr 2021 20:30
0 Şərh     Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Prezidenti Armen Sarkisyan Arman Akopyanı respublikanın İsraildəki səfiri təyin edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin rəsmi saytında məlumat verilib. Akopyan bu ilin noyabrına qədər Ermənistanın Braziliya, Kolumbiya və Boliviyadakı səfiri postunu tutub.

Bundan əvvəl Ermənistanın İsraildəki səfiri Armen Smbatyan olub. Lakin o, Sarkisyanın sərəncamı ilə geri çağırılıb. 2021-ci ilin aprelində Smbatyan keçmiş mədəniyyət və gənclər nazirinin yol verdiyi sui-istifadə hallarına köməklik etməkdə, habelə çirkli pulların yuyulmasında ittiham olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.