Dünya

NASA "James Webb” teleskopunu kosmosa göndərdi

25 Dekabr 2021 19:19
0 Şərh     Baxış: 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) yeni nəsil "James Webb" teleskopunu kosmosa buraxıb. Bu teleskopun kosmosa buraxılması 2021-ci ilin martından sonra dəfələrlə təxirə salınıb. Teleskopun kabellərində nasazlıq səbəbindən onun buraxılması təxirə salınırdı.

NASA-nın Avropa və Kanada kosmik agentlikləri tərəfindən reallaşan layihə 10 milyard dollara başa gəlib. Teleskopun 1990-cı ildən buraxılması nəzərdə tutulub.

Onun vasitəsilə 13,7 milyard il əvvəl olmuş "Böyük partlayış"dan sonrakı kainatın 200 milyon il sonrakı vəziyyətini araşdıra biləcək. Raketin 2019-cu ildə buraxılması nəzərdə tutulmuşdu, ancaq xətalara görə onun uçuşu 2021-ci ilədək təxirə salınmışdı. Teleskop Cənubi Amerikanın şimal sahillərindən, Fransa Qvianasından "Ariane" raketi ilə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.