Dünya

Türkiyədə koronavirusdan daha 168 nəfər vəfat edib

23 Dekabr 2021 22:42
0 Şərh     Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 168 nəfər dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 355 753 nəfərin test edildiyi, 18 771 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 605 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 127 285 128 peyvənd tətbiq edilib ki, bunun 91,43 faizi birinci, 82,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.